Məleykə Abbaszadə müəllimlərin qiymətləndirmə imtahanından danışdı
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə müəllimlərin qiymətləndirmə imtahanından danışdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə müəllimlərin qiymətləndirilməsi imtahanına münasibət bildirib. TQDK sədri bu prosesin vacib olduğunu deyib.

“Müəllimlərin bilik səviyyəsinin hazırkı təhsil sisteminə uyğun olub-olmamasını öyrənmək üçün bu, vacibdir. Qiymətləndirmə prosesi tam şəffaf keçirilməlidir”

M.Abbaszadə bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komisiyası bu imtahanlarda iştirak etmir:

“Bizim imtahanla bağlı hazırlanmış materiallara heç bir aidiyyatımız yoxdur. Ümid varam ki, bu proses başa çatandan sonra statistik məlumatları Təhsil Nazirliyi birgə müzakirəsinə cəlb olunacağıq. Bununla bağlı, Təhsil Nazirliyi ilə artıq razılıq əldə edilib”.

TQDK sədri bildirib ki, müəllimlərin bilik səviyyəsi, həm də şagirdlərin nəticələrinə təsir edən amildir:

“5,6 və 11-ci siniflərdə monitorinq imtahanları aparakən, şagirdlərin bəzi sahələr üzrə biliyinin standartlara uyğun olmadığı aşkarlanıb. Bu da müəllimlərdən qaynaqlanır. Biz ümumi müzakirəyə hazırıq. Bununla bağlı Təhsil Nazirliyi ilə anlaşma danışığımız da olub. Müəllimlərin qiymtləndirilməsi təhsilin keyfiyyətini qaldırmaq üçün vacibdir. Heç olmasa, öz fənlərini yaxşı bilib-bilmədəyini müəyyənləşdirilməlidir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm