• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bakıda SOMAya dəstək aksiyası keçiriləcək

Bakıda SOMAya dəstək aksiyası keçiriləcək

Bakıda Türkiyənin Soma şəhərində baş verən mədən qəzası zamanı həlak olanların xatirəsinə həsr olunmuş aksiya keçiriləcək.

“Axar.az” xəbər verir ki, bu məqsədlə jurnalist Tural Qurbanlı Feysbukda “Soma matəmi - Bakı” adlı event yaradıb.

T.Qurbanlı tədbirin heç bir siyasi məqsəd daşımadığını bildirib: “Bu tədbir heç bir siyasi məqsəd daşımır. Məqsəd Türkiyədə kömür mədənində baş verən faciədə ölən yüzlərlə insanı anmaqdan ibarətdir”.

Tədbirə hər kəs könüllü olaraq qoşula bilər. Tədbirə gələnlərdən özləri ilə matəm simvolu olan qırmızı qərənfil gətirmələri rica olunur. Anım mərasiminə qatılmaq istəyənlər saat 19:50-də Türkiyənin Azərbaycandakı səfirliyi yaxınlığında yerləşən parkda yığışacaq.

İştirak etmək istəyənlər (050) 543 44 97 nömrəsi ilə əlaqə saxlaya bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR