Buraxılış imtahanı verəcək 3151 nəfərin sənədi yoxdur
Bizi izləyin

Qırmızı.az

Buraxılış imtahanı verəcək 3151 nəfərin sənədi yoxdur

Ölkə üzrə hazırlanan siyahıya əsasən, IX və XI sinif üzrə buraxılış siniflərində 200 576 nəfər təhsil alır.

İndiyədək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Şagird-Məzun” Elektron Məlumat Bazasında həmin şagirdlərdən “Şəxsiyyət vəsiqəsi” olan 197 165 nəfəri barədə məlumatlar təsdiqlənib.

Publika.az-ın məlumatına görə, bu sözləri TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

“Şagirdlərin 1,57%-nin, yəni 3151 nəfərinin isə sənədləri olmayıb. XI sinif şagirdlərindən 650 nəfərin sənədi yoxdur və bu da XI sinif üzrə buraxılış imtahanında iştirak edəcəyi gözlənilən bütün şagirdlərin 1%-dən də azını təşkil edir. İmtahanda 85 358 nəfər XI sinif şagird iştirak etməlidir. Onlardan 84 608-nin sənədləri artıq bazada təsdiqlənib.

Amma təəssüflər olsun ki, IX siniflər üzrə sənədi olmayan şagirdlərlə bağlı rəqəm kifayət qədər yüksəkdir. Buraxılış imtahanında IX siniflər üzrə 115 255 nəfər iştirak etməli idisə, onlardan yalnız 112 561 nəfərin sənədləri təsdiq edilib. Bu, bütün IX sinif şagirdlərinin 97%-ni təşkil edir. İndiyədək təxminən 2500 nəfərin aqibəti məlum deyil və onların sənədləri yoxdur”.

M.Abbaszadə qeyd edib ki, sənədləri olmayan şəxslər buraxılış imtahanına buraxılmayacaq. Sənədləri almaq üçün yerli orqanların bütün valideynlərə, uşaqlara kömək göstərdiyini deyən komissiya sədri vurğulayıb ki, məktəb direktorları da bu prosesdə iştirak edirlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm