Qırmızı.az
Qardaş qardaşın yerinə imtahan vermək istədi
II və III ixtisas qrupları üzrə mayın 11-də keçirilən qəbul imtahanlarında qardaş qardaşının yerinə imtahan vermək istəyib. Fakt vaxtında aşkarlanıb, buna imkan verilməyib.
Publika.az-ın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
M.Abbaszadə deyib ki, qanunu pozanlarla bağlı müvafiq qurumlara məlumat verilib, lakin pedoqoji nöqteyi-nəzərdən bunun ictimaiyyətə açıqlamaq istəyirik.
“Bir ailədəki 2 uşaqdan biri ötən il dövlət ali məktəbinə qəbul olunub, digər uşaq isə qəbul olmayıb. Müəllim olan ata universitetdə oxuyan oğlunu Bakıdan çağırtdıraraq, digər oğlunun yerinə imtahana göndərir. Təəssüf ki, bunu valideyn özü təşkil edib. Bu fakt müvafiq qurumlar tərəfindən aşkarlanıb, həmin oğlan imtahana buraxılmayıb. Təəssüf ki, uşaq bilikli olmayanda valideyn çalışır ki, övladına qeyri-qanuni yollarla gün ağlasın. Yəqin həmin valideyn bilikli uşağı imtahan verəndə qaydaların pozulmasını istəməzdi. Bəs nə üçün başqalarının hüquqları pozulmalıdır? Bundan sonra, imtahana gələn şəxslər məsələnin nə qədər ciddi araşdırıldığını nəzərə alsınlar".
M.Abbaszadə bildirib ki, imtahanda iştirak etmək istəyən tələbə uşaq və atası cəzalanıb.
Gülxar
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...