Ata və oğul kanalda boğuldu
Bizi izləyin

Qırmızı.az

Ata və oğul kanalda boğuldu

Lənkəranda bədbəxt hadisə baş verib. ANS PRESS-in məlumatına görə, ata və oğlu kanalda boğulub. Hadisə bu gün günorta saatlarında Bəlləbur kəndində baş verib.


Boğulanlar kənd sakinləri 1967-ci il təvəllüdlü Əliyev Hacıəli Vəli oğlu və onun oğlu 1995-ci il təvəllüdlü Əliyev Elməddin Hacəli oğludur.


İlkin məlumata görə, onlar qoyunlarını kanala aparıblar. Burada qoyunların suda boğulduğunu görüblər. ata və oğlu heyvanları xilas etməyə çalışıblar. Lakin hər ikisi suda boğulub.


Meyitlər Lənkəran Pataloji Anatomiya Birliyinə gətiriliblər. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm