Şeyx başsağlığı verdi
Bizi izləyin

Qırmızı.az

Şeyx başsağlığı verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyədə baş verən Soma faciə ilə əlaqədar ölkə prezident Abdullah Gülə, baş nazir Rəcəb Tayyib Ərdoğana və dini işlər naziri Mehmet Görməzə başsağlığı məktubu göndərib.


QMİ-nin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, məktbuda Soma faciəsinə görə dərin kədər ifadə olunub: “Dost Türkiyədə baş verən hadisə məni hədsiz kədərləndirdi. Faciədə həlak olanların kədərinə şərik oluram. Azərbaycan dindarları qardaşları üçün dua edir. Qoy Uca Rəbbimiz bu ağır faciəni yaşayanlara kömək olsun. Mərhəmət sahibi faciə zamanı rəhmətə gedənlərin ailələrinə səbr, xəsarət alanlara isə şəfa versin”.


Qeyd edək ki, Soma kömür mədənində mayın 13-də günorta saatlarında transformator partlayışı olub. Hadisə növbə dəyişikliyi zamanı baş verib. Buna görə mədəndə iki növbənin əməkdaşları olduğu üçün itkilərin miqyasının böyük olduğu bildirilir.Türkiyənin iri Həmkarlar İttifaqları Soma şəhərində mədəndə 282 nəfərin həyatını itirdiyi faciəyə görə bir günlük tətil etdiklərini elan ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm