Zakir Həsənov yeni rəis təyin etdi
Bizi izləyin

Qırmızı.az

Zakir Həsənov yeni rəis təyin etdi

Müdafiə Nazirliyində daha bir kadr islahatı aparılıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, general-mayor Elbrus Orucov Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə rəis təyin olunub.

Qeyd edək ki, E. Orucov Azərbaycan Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesi vəzifəsində xidmət edib.

Xatırladaq ki, ötən gün Azərbaycanın müdafiə naziri Zakir Həsənov özünə yeni müavin təyin edib. Nazirin əmri ilə general-leytenant Kərim Vəliyev general-leytenant Çingiz Məmmədovun tutduğu vəzifəyə gətirlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm