Statusu olan müəllimlərə güzəştlər nəzərdə tutulmur
Bizi izləyin

Qırmızı.az

Statusu olan müəllimlərə güzəştlər nəzərdə tutulmur

Statusu olan müəllimlərə güzəştlər nəzərdə tutulmur

“Əməkdar müəllim”lər və “Ən yaxşı müəllim”lər üçün güzəştlər nəzərdə tutulmayacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə bununla bağlı heç bir güzəşt nəzərdə tutulmayıb və bu müəllimlərin SQ-də öndə gedərək nümunə olmaları gözlənilir.

İdarədən o da bildirilib ki,sınaq qiymətləndirmədə Bakı məktəblərində daimi müəllim vəzifəsini tutan müəllimlər və analıq məzuniyyəti yerinə müddətli müqavilə ilə işləyən müəllimlər digər ümumtəhsil müəssisəsində müəllim işləyən əvəzçilər istisna olmaqla iştirak edəcəkdir.

Bununla yanaşı SQ-da Qiymətləndirmədə məktəb direktorları, direktor müavinləri, psixoloqlar, laborantlar, uşaq birliyi rəhbərləri, sosial məzuniyyətdə olan və müvəqqəti əmək qabiliyyətini itirən müəllimlər iştirak etməyəcəkdir. Qeyd edək ki,Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə sınaq xarakter daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsil alanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.

Effektiv və harmonik təhsil mühitini yaradılması təhsilalanlara əldə etdikləri biliklərin tətbiq etməsi üçün çox vacibdir. Bu mühitin yaradılması dünya təcrübəsində də istinad edildiyi kimi, təhsilalanların peşəkar bilik və bacarıqlarının vaxtaşırı monitorinqindən keçir. Və ən əsası, attestasiyadan aşağı qiymət almış şəxslər sistemdən kənarlaşdırılır, SQ-də isə belə hal mövcud deyil. Bakı Şəhər Təhsil İdarəsindən o da əlavə edilir ki, SQ prosesində yüksək nəticələr əldə edən müəllimlər maddi və mənəvistmullaşdırılması nəzərdə tutulur.

Bu prosesin attestasiyaya hazırlıq mərhələsi kimi bir növ “əsas döyüşqabağı məşq” olduğunu və təkmilləşmə məqsədilə zəif yerlərin müəyyənləşdirilməsi üçün əsas vasitə olmasını nəzərə alaraq, cəmiyyət tərəfindən müsbət qarşılanacağına ümid edirik. Gələcəkdə bu tip qiymətləndirmənin nəticələrindən təhsilin keyfiyyətinin artırılmasında istifadə olunacaqdır.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm