• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Kamal Abdulla dindarlara dərs keçdi

Kamal Abdulla dindarlara dərs keçdi

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) may ayının 13-dən etibarən din xadimlərinin təkmilləşdirmə kursları fəaliyyətə başlayıb. QMİ-nin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, bu kurslarda nəzərdə tutulmuş mühazirələr sırasında bu gün Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev dinləyicilər qarşısında çıxış edib.

O, “Ümummilli lider Heydər Əliyev Azərbaycanda müasir din-dövlət münasibətlərinin formalaşdırılmasının banisi kimi” mövzusunda mühazirəsində müstəqillik qazandıqdan sonra ölkəmizdə bu sahədə görülən işlər barədə məlumat verib.

Heydər Əliyevin dövlətçilik məfkurəsində dini məsələnin rolu çoxsaylı faktlarla açıqlanıb, hazırkı mərhələdə dövlət-din münasibətlərinin sivil normalara uyğun tənzimlənməsində ölkədə həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib. Xüsusi vurğulanıb ki, Azərbaycan dövləti dindarların mənəvi tələbatlarının ödənilməsi istiqamətində əlindən gələni əsirgəmir, dini-mədəni irsin qorunub saxlanılması, inkişaf etdirilməsi yönündə vacib addımlar atır.

Dövlət müşaviri QMİ-nin din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kurslarının böyük əhəmiyyət kəsb etdiyini, bu kursların müdavimlərinin gələcək fəaliyyətləri ilə dini-mənəvi sahədə daha çox uğur qazanacaqlarına əmin olduğunu bildirib. Görüş daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib. O, din xadimlərini maraqlandıran suallara aydınlıq gətirərək öz tövsiyələrini çatdırıb. Dini təhsil, dini məzmunlu ədəbiyyat, məscidlərdə kitabxanaların təşkili və s. ilə bağlı məqamlara toxunan Dövlət müşaviri din xadimlərini ictimai həyatda və dini-mənəvi dəyərlərin təbliği sahəsində fəal olmağa, dini maarifləndirmə işində KİV-in imkanlarından daha artıq yararlanmağa çağırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR