
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargah rəisi vəzifəsinə təyinat olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən
məlumata görə, müdafiə naziri Zakir Həsənovun əmri ilə I dərəcəli
kapitan Şahin Məmmədov bu gün HDQ-nin qərargah rəisi vəzifəsinə
təsdiqlənib.
Qeyd edək ki, bu il mart ayının sonlarında HDQ-nin qərargah rəisi I
dərəcəli kapitan Yunus Məmmədov vəzifəsindən azad olunmuşdu. Həmin
vaxtdan Ş.Məmmədov həm də HDQ-nın komandanı vəzifəsini icra
edir.
Onu da bildirək ki, bu il mart ayının 11-də HDQ-nin komandanı
vitse-admiral Şahin Sultanov vəzifəsindən azad olunub.