Azərbaycanda general və polkovnik həbs olundu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda general və polkovnik həbs olundu

Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev 3 aylıq müddətə həbs olunub.

Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə hərbi mənbədən məlumat verilib. M.Həmzəyevlə birgə xidmət etmiş polkovnik Elmar Salayevin də həbs olunduğu bildirilib. Onların yeyintilərdə və mənimsəmələrdə ittiham olunduqları qeyd olunur.

Mənbə bildirdi ki, Hərbi Prokurorluğun sanksiyası əsasında saxlanılan bu iki şəxslə bağlı mayın 13-də Binəqədi rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən iclasda Mahmud Həmzəyevin və Elmar Salayevin 3 ay müddətinə həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarılıb.

Hərbi mənbələrdən “Doktrina” JHAM-a verilən digər məlumata görə, Şəmkir Hərbi birləşməsinin keçmiş komandiri Çingiz Şəfiyevin yaxın günlərdə istintaqa çağırılacağı gözlənilir.

Hərbi Prokurorluq və Binəqədi rayon məhkəməsi ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm