Həmzəyev azadlıqda, polkovnik isə həbsdə
Bizi izləyin

Qırmızı.az

Həmzəyev azadlıqda, polkovnik isə həbsdə

Xəbər verdiyimiz kimi, dünən Müdafiə Nazirliyinin Beyləqandakı hərbi birləşməsinin keçmiş komandiri general-mayor Mahmud Həmzəyev və onunla xidmət etmiş polkovnik Elmar Salayevin də həbs olunması xəbəri yayılmışdı.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mahmud Həmzəyev həbs olunmayıb.

Lakin Elmar Salayevin həbs xəbəri doğrudur. Bir müddət əvvəl onunla bağlı Cinayət Məcəlləsinin 178.2. dələduzluq maddəsi ilə cinayət işi açılmışdı. Polkovnikə ölkədən çıxış qadağa olunmuşdu. Lakin Binəqədi məhkəməsi mayın 13-də onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm