Metrodakı hadisə ilə bağlı təcili yardıma müraciət edənlər olub
Bizi izləyin

Qırmızı.az

Metrodakı hadisə ilə bağlı təcili yardıma müraciət edənlər olub

“Panika yarandığına görə, həyəcan keçirənlər olub. İki nəfərdə isterik nevroz, ikisində isə təzyiq yüksəlib. Tüstüdən zəhərlənmə olmayıb, yalnız həyəcanlanma olub. Insanlar təşviş keçirdiklərini görə, narahatlıq olub. Müraciət edənlər arasında həm yaşlı, həm də gənc qadınlar olub”.

Bu sözləri publika.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

“Hadisədən əvvəl bir nəfər qadının halının pisləşməsi ilə bağlı çağırış verilmişdi. Bir briqadamız hadisə yerində idi. Hadisədən sonra isə daha 3 briqada göndərildi. Təcili yardım briqadaları yarım saat əvvələ qədər hadisə yerində növbətçilik çəkib. Hər şey qaydasına düşdüyünə görə, briqadalar geri çağırılıb”

Xatırladaq ki, bu gün səhər saatlarında metronun “Koroğlu”satansiyasında qatar platformada olarkən tütüləmə baş verib. Sərnişinlər evakuasiya olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm