Leyla Əliyeva: “Ancaq anamdan məsləhət alıram”
Bizi izləyin

Qırmızı.az

Leyla Əliyeva: “Ancaq anamdan məsləhət alıram”

Prezident İlham Əliyevin böyük qızı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün geyim tərzi ilə bağlı facebook səhifəsində məlumat paylaşıb.



L.Əliyevanın geyim tərzi ilə bağlı yazdıqlarını təqdim edirik:



Özüm haqqında

Bəzən biz mağazalara birlikdə gedirik. Lakin çox təəssüflər olsun ki, bu mənim istədiyimdən çox az hallarda baş verir. Mən geyimləri ilk növbədə “dəb” prinsipi ilə deyil, “yaraşır-yaraşmır” prinsipi ilə seçirəm. Bizim hər üçümüzün bədən ölçüləri eynidir, ona görə də bəzən biz geyimlərimizi dəyişirik. Anam kimi mən də lakonik, detallarla yüklənməyən saya paltarlara üstünlük verirəm. Hər şeydən çox qara rəngi sevirəm. Məşhur olan, kolleksiyaların hitlərindən daha çox mənə yaraşan geyimləri geyməyə üstünlük verirəm.



Anam haqqında

Anam həmişə nəyi nə ilə geyinməli, nəyin nə ilə uyğun olduğunu bilir. Mənim suallarım olduğu təqdirdə məsləhət üçün anama müraciət edirəm. Başqa heç kimə.



Moda haqqında

Mənim geyim tərzimi nə Moskva nə də Bakı tərzi adlandırmaq olmaz. O, daha çox London tərzidir. Axı mən İngiltərədə böyümüşəm. Londonda öz geyiminə çox vaxt sərf etmək qəbul edilmir. Cins, krassovkalar və qaçdın. Moskva və Bakıda qarderoba ciddi yanaşırlar. Bu isə sevindirici haldır.

Azvision.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm