Bakıda intimdən imtina edən arvadını öldürən ərə cəza verildi
Bizi izləyin

Qırmızı.az

Bakıda intimdən imtina edən arvadını öldürən ərə cəza verildi

E.Musayev 9 il müddətinə azadlıqdan məhrum edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini, 40 yaşlı Eynulla Musayevin məhkəməsi başa çatıb.

Anspress yazır ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə arvadını öldürməkdə təqsirli bilinən E.Musayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E.Musayev ötən ilin mayın 27-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində həyat yoldaşı Şərqiyyə Musayevanı bıçaqla qətlə yetirib.

Eynulla Musayev sərxoşluq edərək həyat yoldaşını incidib. Bundan sonra Eynulla Şərqiyyə ilə intim münasibətdə olmaq istəyib. Qadın buna etiraz edəndə ailədə növbəti dəfə dava düşüb. Nəticədə qanlı hadisə baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm