Türkiyə müdafiə nazirinin təxirə düşmüş Naxçıvan səfəri bərpa olunur - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Türkiyə müdafiə nazirinin təxirə düşmüş Naxçıvan səfəri bərpa olunur - ÖZƏL

Türkiyə müdafiə nazirinin təxirə düşmüş Naxçıvan səfəri bərpa olunur - ÖZƏL

Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmazın Naxçıvan Muxtar Respublikasına (MR) səfəri iyunun əvvəli planlaşdırılır. Bu barədə Publika.az-a mötəbər mənbədən məlumat verilib.

Məlumata görə, səfər zamanı türkiyəli nazir Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla görüşəcək. Görüşlər zamanı Türkiyə ilə Azərbaycan arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın önəmi vurğulanacaq.

Xatırladaq ki, mayın 14-15-də Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın Naxçıvan Muxtar Respublikasına səfəri planlaşdırılsa da, ancaq Türkiyənin Soma şəhərində baş verən partlayışla əlaqədar həmin səfər təxirə salınıb.

Onu da bildirək ki, hər il Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq Planı imzalanır. Belə ki, 2013-cü ilin iyul ayında Bakı və Naxçıvanda, 2014-cü ilin fevral ayında isə Qars (Türkiyə Respublikası) bölgəsində Azərbaycan-Türkiyə Birgə səhra təlimi keçirilib.

Bundan əlavə, Azərbaycanın Müdafiə Nazirliyi beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə hərbi sahədə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir. Hazırda Azərbaycan Respublikası dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Daha 26 ölkə ilə analoji müqavilə sənədlərinin imzalanması müzakirə edilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm