“Hər şey yaxşıdır” – general-leytenant Çingiz Məmmədov - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

“Hər şey yaxşıdır” – general-leytenant Çingiz Məmmədov - ÖZƏL

“Hər şey yaxşıdır” – general-leytenant Çingiz Məmmədov - FOTOLAR

Uzun müddətdən bəri Azərbaycanın müdafiə nazirinin müavini vəzifəsində çalışmış general-leytenant Çingiz Məmmədov ötən ilin sonlarında Silahlı Qüvvələrdən ehtiyata göndərilməsi barədə müdafiə naziri Zakir Həsənova raport yazıb.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindəki mötəbər mənbə məlumat verib.

Məlumata görə, Ç.Məmmədov dəfələrlə nazir Zakir Həsənovdan ehtiyata göndərilməsini xahiş edib. Ancaq indiyədək Z.Həsənov hələlik qalmasını məsələhət bilib.

Məsələ ilə əlaqədar Publika.az-ın əməkdaşı Çingiz Məmmədovla telefon əlaqəsi saxlayıb. Lakin, Ç.Məmmədov vəzifədən getməsi barədə danışmaq istəmədiyini bildirib: “Danışmaq istmirəm, hər şey yaxşıdır”.

Xatırladaq ki, Azərbaycan Prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov Silahlı Qüvvələrdən ehtiyata göndərilib.

Onun yerinə isə IV ordu birləşməsinin komandanı, general-leytenant Kərim Vəliyev təyin edilib.

General-leytenant K. Vəliyev IV ordu birləşməsindən əvvəl Müdafiə Nazirliyinin Hərbi Elmi Mərkəzinin rəisi, I və IV ordu birləşmələrinin komandanı vəzifələrində xidmət edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm