• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakıda zibil maşını “avtoşluq“ etdi - VİDEO

Bakıda zibil maşını “avtoşluq“ etdi - VİDEO

Bakıda zibil daşıyan maşın saatda 100 km sürətlə hərəkət edib.


Avtosfer.az saytının yaydığı videomatrialda bu aydın görünür. Mayın 14-də gecə saat 23:17 radələrində çəkilən bu videomaterialda zibil daşıyan maşının yüksək sürətlə hərəkət etdiyi, hətta qəza şəraiti yaratdığı görünür. Heydər Əliyev prospekti ilə üzü şəhər istiqamətində hərəkət edən bu nəqliyyat vasitəsi qəza işıqlarını yandırsa da, sürət həddini də aşır. Yolun sol hərəkət zolağı ilə hərəkət edərək arxadan gələn nəqliyyat vasitələrinə yol verməyən zibil maşını bütün prospekt boyu sağ zolağa keçmədən hərəkəti davam etdirib.


Əslində, Heydər Əliyev prospektində ikinci dərəcəli zolaqda hərəkət sürəti 60 km. saatdır. Zibil daşıyan avtomobillərin isə şəhər daxilində bu sürətlə hərəkətinə icazə verilmir. Həm sürət rejimi 60-dan yuxarı olmamalı, həm də həmin yolda elə 60-dan yuxarı sürməyə icazə verilmir. Amma görünür, yol polisinin bu tipli maşınlara əhəmiyyət vermədiyini görən sürücü özünü ralli yarışının iştirakçısı sayaraq minik maşınları ilə yarışa çıxıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR