Bakı müəllimləri ilə görüş olacaq
Bizi izləyin

Qırmızı.az

Bakı müəllimləri ilə görüş olacaq

Sabah 160 saylı Klassik Gimnaziyada saat 15:00–da müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi ilə bağlı görüş keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən publika.az-a görüşdə Səbail rayonu məktəblərində (2, 7, 49, 50, 51, 91, 160, 162, 163, 189, 190, 203, 236, 239, 329 saylı) çalışan müəllimlər iştirak edə bilər.

Görüş zamanı iyun ayında keçirilməsi nəzərdə tutulan müəllimlərin sınaq qiymətləndirilməsinin məqsəd və mahiyyəti barədə məlumat veriləcək və müəllimlərin sualları rəsmi şəxslər tərəfindən cavablandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm