Bakıda Kardiologiya İnstitutunda qətl törədildi
Bizi izləyin

Qırmızı.az

Bakıda Kardiologiya İnstitutunda qətl törədildi

Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, rayon ərazisindəki C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müalicə olunan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseynağa Cəlilov münaqişə zəminində Saatlı rayon sakini Mikayıl Hüseynovu bıçaqlayaraq öldürüb.

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Cəlilov tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm