TQDK sədri sakinlərin problemlərini dinlədi
Bizi izləyin

Qırmızı.az

TQDK sədri sakinlərin problemlərini dinlədi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün İsmayıllı şəhərində vətəndaşları qəbul edib.

TQDK-nın mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, qəbul İsmayıllı şəhəri Heydər Əliyev mərkəzində aparılıb və İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı və Qobustan rayonlarının 25 nəfər sakini qəbulda iştirak edib.

Qəbulda iştirak edən sakinlər TQDK sədrinə müxtəlif məzmunlu müraciətlərini çatdırıb.

Vətəndaşlar regionlarda yaşayan müəllimlərin qəbul imtahanlarının məzmununu təşkil edən materialların hazırlanması işində Komissiya ilə daha sıx əməkdaşlığa cəlb olunması, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişi, gənclərin xarici ölkələrdə təhsil imkanları, xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul və digər məsələlərlə bağlı TQDK sədrinə müraciət edib. Bütün müraciətlərin qeydiyyatı aparılmış, onların əksəriyyəti ilə bağlı həll olunması üçün müvafiq tapşırıqlar verilib.

Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin də qeydiyyatı aparılıb, onların aidiyyatı üzrə müvafiq orqanlara çatdırılması üçün göstəriş verilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm