Şirvanda hərbçi borc üstündə öldürüldü
Bizi izləyin

Qırmızı.az

Şirvanda hərbçi borc üstündə öldürüldü

Şirvan şəhər sakini, 1963-cü il təvəllüdlü Məharət Abdullayev həmyerlisi, 34 yaşlı Fərid Kakavanı güllələyərək öldürüb. Publika.az-ın araşdırmasına görə, hadisə 30 оktyаbr 2012-ci il tаriхdə baş verib.

Məharət Abdullayev həmin gün Ələsgərlə telefon vasitəsi ilə əlaqə saxlayıb. O, Ələsgərin uzun müddətdir ona borclu olduğunu xatırladıb və borcunu istəyib. Bu səbəbdən onlar arasında mübahisə yaranıb. Ələsgər münasibətləri aydınlaşdırmaq üçün Məharət Abdullayevin evinin yanına gələcəyini deyib. Ələsgər Kаkаvаn qаrdаşı Fərid Kаkаvаn ilə birlikdə Məhаrət Аbdullаyеvin yаşаdığı Şirvаn şəhəri, Mеhmаndаrоv küçəsi, 3-cü dаlаnın 1 sаylı еvinin yахınlığınа gəlib.

Məharət Abdullayev Ələsgərin ona və ailə üzvlərinə хəsаrət yеtirmək məqsədilə gəldiyini gümаn еdib. Buna görə də Məharət evində saxladığı оv tüfəngini götürərək küçəyə çıхıb. O, həmin tüfənglə qаrşısındа işıqlаrı yаnıq vəziyyətdə оlаn аvtоmаşının dаyаndığı istiqаmətə atəş açıb. Atəş nəticəsində Fərid Kаkаvаn xəsarət alarq hadisə yerində ölüb.

"Dəfələrlə borcunu qaytarmaqdan yayınıb"

Məharət Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Məharət Abdullayev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. O, deyib ki, uzun müddət Şirvan şəhərində tikinti materiallannın satışı ilə məşğul olub. Onun sözlərinə görə, Ələsgər ondan nisyə tikinti materialları götürüb:

"Buna görə də Ələsgərin mənə 2007-ci ildən 1200-1400 manat məbləğində pul borcu olub. Dəfələrlə Ələsgərdən borcumu qaytarmağı tələb etsəm də, o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan yayınıb".

"Nalayiq söyüşlərlə təhqir edərək mənə olan borcunu qaytarmayacağını dedi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 30-da, saat 23:00-da evdə olarkən Əələsgər Kakavana zəng vurub və ondan borcun qalan hissəsini nə vaxt qaytaracağını soruşub:

"Telefon danışığı zamanı aramızda mübahisə yarandı. Ələsgər nalayiq söyüşlərlə təhqir edərək mənə olan borcunu qaytarmayacağını dedi. Bundan sonra Ələsgər mübahisəni həll etmək üçün məni Şirvan şəhərində müxtəlif yerlərə görüşə israrla çağırsa da, mən mübahisəni gecə vaxtı deyil, səhər həll etməyimizi söylədim. Ələsgər mənim və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlətdi. O, məni görüşə gəlməyəcəyim təqdirdə evimizə gəlib başıma oyun açacağı ilə hədələdi. O, "onda mən gəlirəm sizə, çıx evin qarşısına gəlirik" ifadəsini işlətdi. Bu səbəbdən də mənə və ailə üzvlərimə zərər yetirilə biləcəyindən qorxdum. Özümə məxsus olan ov tüfəngini götürdüm. Həmin tüfəngi də götürməkdə məqsədim evimə hücum çəkən Ələsgəri qorxutmaq olub. Telefon danışığından bir neçə dəqiqə sonra Ələsgər gəldi və söyüş söyərək evdən çıxmağımı tələb etdi. Bu səbəbdən küçə darvazasına çıxdım. Mərhum Fərid Kakavanın əlini anidən sürətlə hərəkət etdirdiyini gördüm və həmçinin onun əlində kölgə kimi hansısa silaha bənzər bir əşyanın olduğunu ehtimal etdim. Ona tərəf atəş açdım. Həmin anda silahdan atəş açmaqda məqsədim kimisə öldürmək olmayıb. Kakavan qardaşlarını qorxutmaq, evimin yanından uzaqlaşdırmaq olub".

"Həyat yoldaşım Azərbaycan ordusunun zabiti idi"

Zərərçəkmiş Pərvanə Kаkаvаn deyib ki, həyat yoldaşı Fərid Məharət Abdullayev tərəfindən odlu silahdan aaçılan atəş nəticəsində öldürülüb:

"Həyat yoldaşımın atası mərhum İnqilab Kakavanın Məharət Abdullayevə pul borcu olub. Həmin borc onun övladları tərəfindən hissə-hissə ödənilib, cəmi 350 manat qalıb. Oktyabrın 30-da Məharət Abdullayev gecə saatlarında qaynım Ələsgərə zəng edərək borcu ödəməsini tələb edib. Məharət telefonda nalayiq ifadələr işlədib və dərhal pulunun verməsini tələb edib. Qaynım pulu indi gətirəcəyini, həmişə görüşdüyü yerə çıxmasını və pulunu təhvil almasını Məharətə deyib. Lakin Məharət həmişə görüşdükəri yerə deyil, onların həyətinə gəlməyi tələb edib. Qaynım da razılaşaraq pulunu gətirəcəyini deyib. Qaynım idarə etdiyi avtomaşınla pulu qaytarmağa gedərkən, həyat yoldaşım Fərid də ona qoşuldu. Onlar birlikdə Məharət Abdullayevin pulunu qaytarmağa getdilər. Həyətə çatan kimi Fərid maşından düşüb, Ələsgər isə maşından tam düşməyib. Həmin vaxt Məharətin atası işarə ilə Fəridgilin gələməsini göstərib. Elə bu an Məharət Abdullayev əlində odlu silahı ilə qapıdan çıxaraq həyat yoldaşım və qaynıma tərəf atəş açıb. O, həyat yoldaşımı qəsdən öldürüb. O, daha sonra silahı Ələsgərə tərəf çevirərək onu da öldürmək istəyib. Lakin Ələsgər avtomaşını geri sürərək bu yolla güllələrdən yayına bilib. Həyat yoldaşım Azərbaycan Ordusunun zabiti idi. O, dövlət xətti ilə Türkiyədə ali hərbi təhsil alıb, vətənə qayıtdıqdan sonra əvvəlcə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edib. Daha sonra isə xidmətini Umummilli liderimiz Heydər Əliyevin adnıı daşıyan Ali Hərbi Məktəbdə kapitan rütbəsində davam etdirib. Xidmət etdiyi dövrdə həmişə nümunəvi olub, digərlərindən fərqiənib".

Pərvanə Kаkаvаn ifadəsinin sonunda Məharət Abdullayevə ən ağır cəza verilməsini, ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə bütün tərəfləri dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Məharət Abdullayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm