“...Gedib cəzamızı çəkməliyik” – Səfər Əbiyevin general-mayoru DANIŞDI - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

“...Gedib cəzamızı çəkməliyik” – Səfər Əbiyevin general-mayoru DANIŞDI - MÜSAHİBƏ

amımız ermənilərin nə istədiyini yaxşı bilirik. Ermənilərin arxasında da Rusiya dayanıb. Ermənilər rusa arxalanır. Əgər Rusiya Ermənistanın arxasından çəkilsə, o zaman ermənilər özləri gəlib səhvlərini etiraf edəcəklər və işğal etdikləri torpaqlarımızı öz

Azərbaycan Silahlı Qüvvələrinin Tibb İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor Dağlar Abdullayevin Publika.Az-a müsahibəsi:

-Son günlər Ermənistan ordusu ilə təmas xəttində atəşkəs rejimi tez-tez pozulur. Hətta, yanvarın 20-də erməni hərbiçiləri atəşkəs rejimini dayanmadan saatlarla pozublar. Sizcə, son günlər bu fəallaşma nədən xəbər verir?

-Ermənilər hər zaman azərbaycanlılara qarşı düşmən mövqeyi nümayiş etdiriblər. Onar hər zaman özlərini “məzlum xalq” kimi göstərirlər. Özalərini dünyaya elə göstərirlər ki, guya günahkar biz türklərik v sairə. Ancaq heç zaman etiraf etmirlər ki, onlar nəyin üstündə köçürülüblər. Ermənilər vaxtilə Azərbaycanda əmin-amanlıq içərisində yaşayırdılar. Lakin sonradan ermənilər Azərbaycana qarşı torpaq iddiasına düşəndən və azərbaycanlıları öldürəndən sonra biz də məcbur olub onları Azərbaycandan çıxardıq. Ermənilər iddia edir ki, guya türklər 1,5 milyon ermənini öldürüb. Ancaq tarixə də baxsaq görərik ki, heç zaman həmin ərazilərdə 1,5 milyon erməni yaşamayıb. Onların dediklərinin hamısı yalan və uydurmadır. İndi də ermənilər bizə qarşı müxtəlif təxribatlar törətmək istəyirlər. Cəbhə xəttində baş verən son atışmalarla bağlı da dəqiq bir söz deyə bilmərəm. Çünki bilmirəm ki, ermənilər bunu hansı təxribat üçün edirlər. Hamımız ermənilərin nə istədiyini yaxşı bilirik. Ermənilərin arxasında da Rusiya dayanıb. Ermənilər rusa arxalanır. Əgər Rusiya Ermənistanın arxasından çəkilsə, o zaman ermənilər özləri gəlib səhvlərini etiraf edəcəklər və işğal etdikləri torpaqlarımızı öz xoşları ilə azad edəcəklər. Ermənistan və Rusiya əhalisi xristiandır. Tarixdən də bəllidir ki, xristianlar heç zaman xristianı qoyub müsəlmanı müdafiə etməyiblər.

-İndi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin güc nisbətini necə qiymətləndirərdiniz?

-Əgər biz yalnız Ermənistan ilə mübarizə və müharibə aparsaq, o zaman Azərbaycan hər cəhətdən düşmən ölkədən qat-qat yüksəkdə dayanır. Azərbaycan və Ermənistan ordusunun güc nisbəti müqayisə olunmazdır. Azərbaycan əhalisinin, hərbiçilərinin hərbi silah və texnikalarının sayı Ermənistandan qat-qat çoxdur. Erməni bizimlə təkbətək heç zaman vuruşa bilməz. Sadəcə olaraq, erməni rusa güvənir.

Bu gün Gümrüdə yerləşən Rusiyanın hərbi bazasının potensialını ildən-ilə daha da artırırlar. Hətta, bildiyimə görə bu günlərdə Gümrü hərbi bazasına bir diviziya hərbi helikopter gətiriblər. Təkcə bu fakt sübut edir ki, ermənilər hər zaman ruslara güvənir. Bu gün də ermənilər məhz Rusiyaya görə hədələyici hərəkətlər edirlər. Əgər Rusiya ermənilərin arxasından çəkilsə, o zaman ermənilər Azərbaycana heç vaxt xof gələ bilməz. Ermənistanın xof gəlməyə hərbi gücü də yoxdur.

İndi Ermənistan çalışmalıdır ki, Azərbaycan müharibəyə başlamasın. Əgər müharibə başlasa, bu, Ermənistan üçün böyük fəlakət olacaq. İndi Azərbaycan ordusu hərtərəfli inkişaf etdirilir. Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən artıqdır. Mən tibb xidməti rəisi olmuşam və yaxşı bilirəm ki, Azərbaycanın Mərkəzi Hərbi Hospitalı ən müasir tibbi cihazlar və avadanlıqlarla təchiz olunub. Bu gün Azərbaycan nəyi əldə etmək istəyirsə, onu almağa imkanı çatır. Ancaq Ermənistan ordusunda isə vəziyyət digər sahələrdə olduğu kimi tibb sahəsində də normal deyil.

-Bu ilin əvvəlindən indiyədək olan müddətdə artıq 4 nəfər hərbiçimiz intihar edib. İntiharlarla bağlı sizin də fikrinizi bilmək istərdik....

-İcazə verin mən bu barədə sizə öz fikrimi bildirim. Bu, heç vaxtı nazirdən asılı olan məsələ deyil. Bu həyatdır. Onların intihar etməsinin öz səbəbləri var. Amma bu hər hansı nazirlə bağlı deyil. Heç bir komandir öz tabeçiliyində olan əsgərin özünü asmasına razı olmaz və ya buna imkan verməz. Bu intiharların hamısının öz səbəbi var. Bu isə şəraitdən asılıdır. Bütün bunların əsl səbəbi araşdırılmalıdır ki, bu hərbiçilər niyə intihar edib. Bu intiharların yeni və ya köhnə nazirdən asılılığı yoxdur. Heç bir nazir istəməz ki, onun əsgəri özünü güllələsin və ya buna şərait yaransın. Hamısı çalışıb ki, hərbiçilərin vəziyyəti yaxşı olsun. Demirəm ki, indi əsgərlərimizin vəziyyəti lap yuxarı səviyyədədir. Ancaq onların vəziyyəti ildən-ilə daha da yaxşılaşır. Artıq Azərbaycan əsgəri milli xörəklərimizlə qidalanacaq. Rusdan qalma köhnə yeməklər aradan götürülür. İndi əsgərlərimizə evlərində istifadə olunan ərzaqlardan yemək hazırlanacaq.

-Bu yaxınlarda sabiq müdafiə naziri Səfər Əbiyevin və onun komandasında çalışmış şəxslərin istintaqa çağırılacağı ilə bağlı məlumatlar yayılıb. Bu cür məlumatlar nə qədər real görünür?

-Bilirsiniz, kim ki, pis işlərlə məşğul olub, kim ki, dövlətinə, ordusuna və millətinə xələl gətirən hərəkətlərə yol veribsə, o öz cəzasını almalıdır. Fərqi yoxdur, bu ya Səfər Əbiyev, ya Dağlar Abdullayev, ya da digər kimsə olursa olsun. Azərbaycanda kimliyindən, yaşından və rütbəsidən asılı olmayaraq kim ki, dövlətin, millətin və ordunun əleyhinə işlərlə məşğul olubsa, o gedib qanun qarşısında cavab verməlidir. Günahkar şəxslər öz səhvlərini boyunlarına almalıdır və gedib cəzalarını çəkməlidir. Pis işlərlə məşğul olmayan şəxslərə isə ləkə yaxmaq lazım deyil.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm