Daha bir jurnalisti qarət etdilər
Bizi izləyin

Qırmızı.az

Daha bir jurnalisti qarət etdilər

“Novosti-Azerbaidjan” İnformasiya Agentliyinin siyasət şöbəsinin müxbiri Mürtəza Bünyadlı qarət edilib. Bu barədə AzNews.az-a zərərçəkən özü açıqlama verib.


M. Bünyadlı deyib ki, mayın 16-da səhər saatlarında Ceyranbatan- Bakı istiqamətində hərəkət edən mikroavtobusda cibgirlər “Novosti-Azerbaidjan”ın müxbiri Mürtəza Bünyadlını qarət ediblər.

M. Bünyadlı bildirib ki, hadisə yerli vaxtla 09:30 radələrində baş verib. “Avtobusda sıxlıq idi. Dayanacağa çatanda sol cibimdə olan pullarımın itdiyini bildim”.


O, bildirib ki, hadisə zamanı üzərində 50 manata yaxın pul olub. Oğurluq faktı ilə bağlı jurnalist 102 qaynar xəttinə də müraciət edib.


Binəqədi rayon polis idarəsindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm