
Bakıda sakinlər yaralı səhra qartalını xilas edib.
Bu gün səhər saatlarında
paytaxt sakinləri yaralı səhra qartalını tutub.
Sakinlərin sözlərinə görə, qartal havada digər
quşlarla dalaşan zaman qanadı sınıb və yerə düşüb. Sakinlər deyir
ki, yerə düşən qartalı tutmaq çətin olsa da, onu Bakı Zooloji
Parkına təhvil vermək üçün ələ keçirə biliblər.
Yaralı qartal elə Bakı Zooloji Parkına aparılıb.
Müayinə zamanı məlum olub ki, qartalın səhhətində ciddi problem
yoxdur. Qartal müayinədən sonra qəfəsə salınıb./ANS TV