• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Borclu abunəçilərə xəbərdarlıq edildi

Borclu abunəçilərə xəbərdarlıq edildi

Bakı Elektrik Şəbəkə əhaliyə xəbərdarlıq edib. Publika.az-a daxil olan məlumatda bildirilir ki, elektrik enerjisinə görə yaranmış borcunuzu 20 may 2014-cü il saat 12:00-qədər ödəyin.

Borca görə elektrik enerjisinin verilişi dayandırılarsa borc ödənilsə belə 24-saat gözləməli olacaqsınız. Belə ki, elektrik enerjisindən istifadəyə görə debütor borcu yaranmış əhali və qeyri əhali abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı 20 May 2014-cü il tarixdə, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24-saatdan sonra mümkün olacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR