Partiya üzvünün şərəfi və məsuliyyəti
Bizi izləyin

Qırmızı.az

Partiya üzvünün şərəfi və məsuliyyəti

Partiya üzvünün şərəfi və məsuliyyəti

Bu gün YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, sədr müavini Fuad Əliyev, təşkilatın məsul işçiləri Gəncə şəhər 19 saylı məktəbin ərazi ilk partiya təşkilatında növbəti görüş keçiriblər.

19 saylı məktəbin direktoru Elçin Alıyev, ərazi ilk partiya təşkilatının sədri Səadət Alıyeva və məktəb kollektivinin iştirak etdiyi tədbir direktorun çıxışı ilə başlayıb. O, tədbir iştirakçılarını salamlayaraq, bu günün əlamətdar gün olduğunu söyləyib. Bildirib ki, yerlərdə görüşlər təşkil edərək ərazi ilk partiya təşkilatlarının fəaliyyəti ilə yaxından tanış olmaq və partiya fəalları ilə işgüzar dialoqların aparılması təqdirəlayiqdir. Görüşlərin ənənəvi xarakter alması bizim məsuliyyətimizin daha da artırır və əlaqələrimizi möhkəmləndirir.

Çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev ümummilli lider Heydər Əliyevin sözlərini xatırladıb. “Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli- mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Bu, bir milli çərçivədə olan partiya deyil. Yeni Azərbaycan Partiyası millətindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı üçün doğma partiyadır.”

YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan Respublikasının tarixində mühüm rol oynadığını söyləyib. Bildirib ki, ətrafında ziyalıları, ölkə fəallarını birləşdirən bu partiyanın üzvü olmaq hər bir insanın şərəfi və məsuliyyətidir.

Səadət Alıyeva ərazi ilk partiya təşkilatının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, son günlər Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmaq üçün 20 nəfər ərizə ilə müraciət edib.

Yığıncaq səmimi çıxışlarla davam edib. 20 nəfərə təntənəli şəkildə partiya vəsiqəsi təqdim olunub.

“Yeni Gəncə”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm