Kardiologiya İnstitutundakı qətlin təfərrüatı - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Kardiologiya İnstitutundakı qətlin təfərrüatı - AÇIQLAMA

Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunda baş vermiş qətl hadisəsinin təfərrüatlarını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, hadisə dünən gecə saat 12 radələrində baş verib. Qətl hadisəsi təcili yardım birqadası tərəfindən instituta gətirlmiş 1946-cı il təvəllüdlü Cəlilov Hüseynağa tərəfindən törədilib. Həyatının 40 ilini həbsxanada keçirən keçmiş məhkum palatada yatan digər pasiyentlə-1952-cı il təvəllüdlü Mail Hüseynovla mübahisə edib. Mübahisə keçmiş məhkumun siqaret çəkməsinə görə yaranıb.

M.Hüseynovun etirazlarına baxmayaraq, palatada siqaret çəkəcəyini bildirən H.Cəlilov bıcaqla həmin xəstəni vurub. Zərbə M.Hüseynovun ürək nahiyəsinə düşdüyündən o, elə hadisə yerində dünyasını dəyişib. H.Cəlilov hüquq-mühafizə orqanının işçiləri tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm