
Paytaxtda təcili tibbi yardım maşını qəzaya düşüb.
ANS PRESS-in məlumatına görə, çağırış üçün mənzilbaşına yollanan
tibbi yardım maşını istəyinə çata bilməyib. Arxadan gələn sürətli
avtomobil ötmə hərəkətini düzgün etməyib və nəticədə idarəetməni
itirərək tibbi yardım avtomobilinə çırpılıb.
Hadisə yerində olan şahidlərin bildirdiyinə görə, qəza zamanı
xəsarət alan olmasada tibbi yardım maşını yararsız hala düşüb.
Hadisə yerinə evakuator çağırılıb və tibbi yardım maşını evakuator
vasitəsilə aparılıb.