Təhsil və səyahət arzularınız Dillər Universiteti ilə reallaşacaq
Bizi izləyin

Qırmızı.az

Təhsil və səyahət arzularınız Dillər Universiteti ilə reallaşacaq

Azərbaycan Dillərt Universitetinin Dil Xidmətləri Mərkəzi Avstriyanın Vyana şəhərində dil kurslarına (alman, ingilis və fransız dilləri üzrə) səfər təşkil edir.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən publika.az-a verilən xəbərə görə, kurslar həm Dillər Universitetin tələbələri, həm də başqa universitetdən olan tələbələrin marağına səbəb olub. Bu cür səfərlərin hər il təşkil olunması planlaşdırılır. Mərkəz olaraq, o cümlədən Böyük Britaniyanın məşhur dil məktəbləri ilə danışıqlar aparılıb və sözügedən ölkəyə və bir neçə digər ölkələrə dil kurslarına səfərlər təşkil olunması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda ön yerlərdən birini tutan və inkişaf sürəti ilə xarici universitetlərlə rəqabətə girə biləcək Azərbaycan Dillər Universiteti 2014-cü ilin fevral ayında yeni "Teach & Travel" (Dil Xidmətləri Mərkəzi) Mərkəzini yaratdı. Mərkəzin yaradılması ilə Azərbaycanda ilk dəfə olaraq 20 əcnəbi dilin ən yüksək səviyyədə tədrisi, xaricdə təhsil və səyahət, bütün növ şifahi və yazılı tərcümə xidmətləri, jurnalistika kursları, kompüter və dizayn kursları xidmətləri tələbələrin ixtiyarına verilib. Mərkəzdə universitetdə çalışan peşəkarlar, uzun illər ölkəmizdə və bir çox xarici ölkələrdə təcrübə qazanmış professor-müəllim heyəti ən son innovativ tədris üsullarından istifadə edərək tədris prosesini yüksək səviyyədə təşkil edir.

Onu da nəzərə çatdıraq ki, Mərkəzin artıq turizm bölməsi də fəaliyyətə başlayıb. Belə ki, müxtəlif ölkələrə turlar, otel və biletlər artıq Mərkəzin Tur meneceri Ramil Səmədov tərəfindən təşkil olunur. "Teach & Travel" Mərkəzində kursları uğurla bitirən şəxslər sertifikatla təltif olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm