Azərbaycanın Daxili Qoşunları sülməramlı əməliyyatlarda iştirak edə bilər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın Daxili Qoşunları sülməramlı əməliyyatlarda iştirak edə bilər - FOTOLAR

Azərbaycanın Daxili Qoşunları sülməramlı əməliyyatlarda iştirak edə bilər - FOTOLAR

Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının (DQ) 1 bölüyü sülməramlı əməliyyatlar üzrə hazırlıq prosesinə qoşulub.

Publika.az-ın məlumatına görə, hazırda bu istiqamətdə hazırlıq işləri davam etdirilir. Belə ki, hazırda DQ-un 100-ə yaxın heyəti olan 1 bölüyü NATO çərçivəsində sülməramlı əməliyyatlar üçün hazırlanır.

Gələcəkdə NATO Daxili Qoşunların da sülhməramlı bölüyünə ehtiyac olması barədə Azərbaycan tərəfinə müraciət edərsə, o zaman Azərbaycan Prezidenti Milli Məclis qarşısında vəsadət qaldıracaq və parlament bu barədə qərar qəbul edəcək.

Xatırladaq ki, Azərbaycanın yalnız Müdafiə Nazirliyi 1999-cu ildən bəri NATO-nun Sülh Naminə Tərəfdaşlıpq Proqramı çərçivəsində beynəlxalq sülməramlı əməliyyatlarda iştirak edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm