DƏHŞƏT: Kürdəmirdə bacı qardaşını yandırdı - Foto
Bizi izləyin

Qırmızı.az

DƏHŞƏT: Kürdəmirdə bacı qardaşını yandırdı - Foto

Kürdəmir şəhərində bacı qardaşını yandırıb.

Kürdəmir şəhərində bacı qardaşını yandırıb.

Hadisə gunorta saatlarinda Kürdəmirin Cənub məhəlləsində baş verib.

Kürdəmir rayon Prokurorluğundan verilən məlumata görə, 4 yaşlı Şərəf Məmmədova həyətdə 3 yaşlı qardaşı Radim Məmmədovla birgə oynayarkən əlindəki alışqanla onun paltarını yandırıb.

Köməksiz vəziyyətdə qalan Radim Məmmədov yanıb. Qışqırıq səsini eşidən uşağın anası azyaşlını götürərək həyətdən keçən su arxına salmaqla yanğını söndürüb.

Daha sonra Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılan Radim Məmmədovun bədəni 100 faiz yandığı üçün vəziyyəti getdikcə pisləşib və uşaq təcili olaraq Bakıdakı Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

Həkimlərin səyinə baxmayaraq azyaşlı aldığı ağır yanıq xəsarətləri səbəbindən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm