29 yaşlı oğlanı yük maşını öldürdü
Bizi izləyin

Qırmızı.az

29 yaşlı oğlanı yük maşını öldürdü

Sumqayıt şəhərində 29 yaşlı oğlan faciəli şəkildə ölüb.

Sumqayıt şəhərində 29 yaşlı oğlan faciəli şəkildə ölüb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumatına görə, FHN-nin “112” qaynar telefon xəttinə əsasən dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1985-ci il təvəllüdlü Natiq Camal oğlu Əkbərov “JAC” markalı yük avtomobili ilə dəmir qapı arasında sıxılmış vəziyyətdə qalaraq ölüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış cəsədi çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm