Bakıda dost dostunu bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Bakıda dost dostunu bıçaqladı

Xətai rayonunda dost yaxın dostunu bıçaqlayaraq ona bədən xəsarəti yetirib.

Xətai rayonunda dost yaxın dostunu bıçaqlayaraq ona bədən xəsarəti yetirib.

Rusiyadan Bakıya gələn Laçın rayon sakini 32 yaşlı Hafiz Allahverdiyev ilk əvvəl dostu Emin Səfərəliyevlə onun barəsində yayılan söz-söhbətə masa arxasında aydınlıq gətirmək istəyib. Lakin dostlar səmimi söhbət əvəzinə, elə masa arxasında mübahisə ediblər.

Əsəblərinə hakim ola bilməyən Hafiz dostunu bıçaqlayıb. Yaralı aldığı bir bıçaq zərbəsindən xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Hafiz Allahverdiyev isə Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən tutulub. O, baş verənləri etiraf edib, üstəlik cinayətdə istifadə etdiyi bıçaqı da istintaqa təqdim edib.

İndi əlini dost qanına bulayan Hafiz xaricə yox, məhbəsə gedəcək. Çünki artıq onun barəsində Xətai RPİ-də cinayət işi başlanılıb. İstintaqın sonunda Hafizin əməlinə hüquqi qiymət veriləcək. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm