Amerika Yəhudiləri Yardım Təşkilatı ADL-in qərəzli sorğusunu pisləyib
Bizi izləyin

Qırmızı.az

Amerika Yəhudiləri Yardım Təşkilatı ADL-in qərəzli sorğusunu pisləyib

Amerika Yəhudiləri Yardım Təşkilatı ADL-in qərəzli sorğusunu pisləyib

Vaad L Hatzolas Nidchei Yisroel Təşkilatının (Amerika Yəhudilərinin yardım təşkilatı ) Azərbaycan bölməsinin Mətbuat xidmətinin katibi Murad Salmanov Anti- Defamasiya Liqasının (ADL) sorğusunun həqiqəti əks etdirmədiyini bildirib.

Publika.az-ın xəbərinə görə Murad Salmanov bildirib ki, yəhudilər min illərdir bu torpaqlarda yaşayırlar.

“Məhz min illər öncə yəhudilər öz vətənlərindən qovulanda Azərbaycan xalqı yəhudilərə qucaq açıb, bu torpaqlarda yəhudilər özlərini hər zaman rahat hiss edib. Bizim təşkilat 20 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Təşkilatımız Bruklində yerləşir, biz burda humanitar fəaliyyətlə məşğuluq. Azərbaycanda fəaliyyət göstərən iki yəhudi məktəbindən biri olan 46 Saylı məktəbin nəzdində olan yəhudi siniflərinə yardım edirik, bundan başqa Azərbaycanda kimsəsiz uşaqlara və yardıma ehtyac olan ailələrə də kömək edirik. Onu qeyd etmək istəyirəm ki bizim fəaliyyət göstərdiyimiz 20 il ərzində istər Azərbaycan hökumətindən istərsə də Azərbaycan xalqından hər zaman xoş münasibət görmüşük. Biz istər Amerikada, istrsə də dünyanın bir çox yerində oldğumuz zaman Azərbaycanda olan yüksək tolernatlığı nümunə çəkirik. Bu gün Azərbaycanda 20 minə yaxın yəhudi yaşayır. Bu gün Azərbaycan parlamentində yəhudi əsilli millət vəkili var. Bundan başqa Azərbaycanda sinaqoqlar məktəblər fəaliyyət göstərir.İnsanlar öz ibadətlərini edirlər. Bu sorğu tamamilə Azərbaycan və yəhudi xalqını sevməyənələrə xidmət edir. Azərbaycan nəinki Cənubi Qafqazın hətta dünyanın ən tolerant ölkərindən biridir. Bu gün Azərbacan İsrail arasnda xoş münasibətlər var, və iki qardaş xalq ortaq bir tarixi keçmişə malikdir. Məhz bu xoş münasibətlərdən və Azərbaycanın durmadan inkişaf etmsindən narahat olanlar bu uydurma sorğunu ortaya atıb. Biz bir daha Amerika Yəhudiləri Yardım Təşkilatı və Azərbaycan yəhudiləri adından bildirmək istəyir ki, bu soğu tamamilə yalandan ibarətdir. Yəhudilər tarixən bu torpaqlarda sülh içində yaşayıblar bundan sonra da yaşayacaqlar. Son cümləmi Ümummilli lider Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Yəhudilər hər zaman Azərbaycanda rahat yaşaya bilərlər”

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm