Xəstəxananın qarşısında tibb bacısı öldürülüb
Bizi izləyin

Qırmızı.az

Xəstəxananın qarşısında tibb bacısı öldürülüb

Bakıda həyat yoldaşını qətlə yetirən şəxs həbs olunub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, mayın 16-da Fətəli Xan Xoyski küçəsində yerləşən 5 saylı xəstəxananın qarşısında Bakı şəhər sakinləri - 1975-ci il təvəllüdlü Şahlar Əliyev ailə-məişət zəminində həyat yoldaşı, orada tibb bacısı işləyən 1983-cü il təvəllüdlü Minarə Salmanovanı qətlə yetirib.

Qətli törədən Şahlar Əliyev Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm