Bakıda bu axşam daha bir küçə bağlanır
Bizi izləyin

Qırmızı.az

Bakıda bu axşam daha bir küçə bağlanır

Bu gün saat 22:00-dan etibarən Bakının Abbasqulu Ağa Bakıxanov küçəsində nəqliyyatın hərəkəti mərhələlərlə məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, mayın 17-si axşam saat 22:00-dan etibarən Abbasqulu Ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm