• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Sabah Azərbaycanın bəzi ərazilərində 38 dərəcə isti olacaq.

Paytaxt Bakıda temperatur 33 dərəcəyədək yüksələcək. Bu barədə publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.


Məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı gözlənilir. Hava əsasən yağmursuz olacaq, axşam havanın dəyişkən buludlu olacağı proqnozlaşdırılır. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 16-20, gündüz 28-33 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru dağlıq və dağətəyi rayonlarda şimşək caxaçağı, qısamüddətli yağış yağacağı ehtımalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.


Aran rayonlarında havanın temperaturunun gecə 16-21, gündüz 33-38, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR