Rusiyada rusdan böyük-General Aslanov
Bizi izləyin

Qırmızı.az

Rusiyada rusdan böyük-General Aslanov

İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, azərbaycanlı general-mayor Həzi Aslanovun bu gün doğum günüdür

İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, azərbaycanlı general-mayor Həzi Aslanovun bu gün doğum günüdür.

22 yanvar 1910-cu ildə Lənkəran rayonunda dünyaya göz açan Həzi Aslanovun anadan olmasının 104 illiyi təkcə yaxınları üçün deyil, bütün Azərbaycan üçün anılası, fəxr ediləsi şanlı tarixdir.

İlk dəfə 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. Donbas və Moskva ətrafında vuruşmalarda qəhrəmanlıq göstərib. Xarkov və Stalinqrad uğrunda gedən döyüşlərdə H. Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər.

H.Aslanov Stalinqrad uğrunda rəşadətli döyüşlərinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.

Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H. Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ. Baqramyan buna maneəçilik törədib.

Ölümündən 47 il sonra, 1991-ci ildə H. Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub.

Qəhrəmanın qəbri Bakıda Şəhidlər Xiyabanındadır.

1969–cu ildə Həzinin vətəni Lənkəranda onun ev-muzeyi açılıb, şəhərinin mərkəzində onun boyük heykəli ucalır. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm