TQDK-dan sabahkı imtahanla bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

TQDK-dan sabahkı imtahanla bağlı XƏBƏRDARLIQ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 18-də əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən publika-az-a verilən xəbərə görə, komissiya imtahanda iştirak edən abituriyentlərə xəbərdarlıq edib.

Xəbərdarlıqda qeyd olunub ki, imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsinin əslini gətirmək lazımdır. Əgər bu sənədlərdən biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, abituriyent imtahan binasına buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib ediləcək və onlar imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan sonra həmin gün saat 16:00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları imtahan başa çatdıqdan sonra səhifədə yerləşdiriləcək.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm