Heydər Əliyevin irsini əks etdirən elmi-biblioqrafik göstərici nəşr olunub
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyevin irsini əks etdirən elmi-biblioqrafik göstərici nəşr olunub

Ulu öndər Heydər Əliyevin irsini əks etdirən 2 cilddən ibarət elmi-biblioqrafik göstərici nəşr olunub

AMEA Mərkəzi Elmi Kitab­xanası ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən 2 cilddən ibarət “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” adlı çoxcildliyinin elmi-biblioqrafik göstəricisini çap edib.

Publika.Az-ın verdiyi xəbərə görə, AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru akademik İsa Həbibbəyli, tərtibçi müəllifi filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

Biblioqrafik göstəricinin 1-ci cildində “Heydər Əliyev. Müstəqilliyimiz əbə­di­dir” çoxcildliyində əks olunmuşsiyasi, ictimai və sosial əhəmiyyətə malik mate­riallar “Döv­lətçilik, müstəqillik və demokratiya”, “Milli təhlükəsizlik”, “Ordu quruculuğu”, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”, “İqti­sa­diy­yat”, “Neft strategiyası”, “Aqrar siyasət”, “Elm və təhsil”, “Mədəniyyət, ədəbiyyat, dil, in­cəsənət”, “Bədən tərbiyəsi və idman”, “Tibb və səhiyyə”, “Mil­li-mənəvi də­yər­lər”, “Qadın və ailə”, “Uşaq və gənclər” bölmələrdə, 2-ci cildində isə “Dünya azər­baycanlıları”, “Dövlətlərarası mü­nasibətlər, beynəlxalq təşkilatlar”, “Tarix və tarixi hadisələr”, “Azərbaycanın şə­hərləri və bölgələri” bölmələrdə oxucuya təqdim edilir. Ən yaxın və şanlı tariximizin araşdırılması, Heydər Əliyev dühasının Azərbaycan tarixindəki təkrarsız xidmətlərini öyrənmək üçün nəzərdə tutulan göstəricidə eyni zamanda, ümummilli liderin səhəti ilə bağlı mütəmadi Azərbaycan ictimaiyyətini məlumatladıran Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatlarına da xüsusi bölmədə yer verilib.

Həmçinin külliyatın buraxılışına məsul, akademik Ramiz Mehdiyevin sonuncu cilddə əks olunan “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan – ümummilli lider Heydər Əliyevin qadir siyasətidir” məqaləsi və biblioqrafik göstəricinin hazırlanması layihəsinin rəhbəri akademik Akif Əlizadənin “XX əsrin qüdrətli siyasi lideri” məqaləsi də xüsusi yer tutur. “Heydər Əliyev. Müstəqilliyimiz əbə­di­dir” çoxcildliyi üzrə ilk elmi biblioqrafik göstərici kimi hazırlanan bu nəşr sistemliliyi, əha­tə­liliyi, daxili strukturu ilə diqqəti cəlb edir.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm