Qənirə Paşayeva hər kəsi Somaya yardım aksiyasına qoşulmağa çağırdı
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva hər kəsi Somaya yardım aksiyasına qoşulmağa çağırdı

Millət vəkili Qənirə Paşayeva hər kəsi Somaya dəstək verməyə çağırıb.

"Bir az əvvəl qardaş Türkiyədə Somada yaşanan faciədə əziyyət çəkən insanlarımıza dəstək istiqamətində Qızıl Aypara Cəmiyyətinin dəyərli başçısı Novruz Aslanla danışdım və Somaya yardım üçün əmək haqqımın bir hissəsini keçirdiyimi bildirdim. Artıq bəzi millət vəkillərimiz, dostlarımız da Somaya dəstək üçün Qızıl Aypara Cəmiyyəti vasitəsilə öz dəstəyini göstərməyə başlayıblar və inanıram ki, millət vəkillərimizin hamısı Qızıl Ayparanın bu önəmli dəstək kampaniyasına qoşulacaq. İmkanı olan insanlarımızın da Qızıl Aypara vasitəsilə bu kampaniyaya dəstək olacağına inanır və onları Soma faciəsində əziyyət çəkən insanlarımıza imkanları çatdığı qədər dəstək olmağa çağırıram. Bu bizim ortaq ağrı-acımızdır və cənab Prezident başda olmaqla dövlətimiz və xalqımız qardaş Türkiyənin bu üzüntüsünü öz üzüntümüz kimi paylaşdığımızı bildirib və Qızıl Ayparanın bu nəcib aksiyası bu istiqamətdə önəmli bir addımdır. Gəlin, hamımız Qızıl Aypara Cəmiyyətinin başladığı bu önəmli aksiyaya qoşulaq!".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm