• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Təhsil Nazirliyi qalibləri mükafatlandırdı

Təhsil Nazirliyi qalibləri mükafatlandırdı

Bu gün Təhsil Nazirliyində 2104-cü ilin respublika fənn olimpiadalarının qaliblərinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, münsiflər heyətinin üzvləri, olimpiada qalibləri, rayon təhsil şöbələrinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramovbildirib ki, istedadlı uşaqların üzə çıxarılmasında, onların daha da yaxşı oxumağa həvəsləndirilməsində, tədris bacarıqları ilə seçilən müəllimlərin müəyyənləşdirilməsində fənn olimpiadaları xüsusi rol oynayır:

“Respublika məktəblilərinin 2013-2014-cü dərs ilində fənn olimpiadaları 3 mərhələdə keçirilib. Rayon mərhələsi üzrə I turun 36908 nəfər iştirakçısından II tura 6374 nəfər keçib. Onlardan da 849-u yerli münsiflər heyətinin qərarına əsasən respublika mərhələsində iştirak edib. Respublika mərhələsinin nəticələrinə görə, iştirakçıların ümumi sayından 189 nəfəri I-IV yerlərə, o cümlədən 20-i I, 27-i II, 61-i III, 81-i IV yerə layiq görülüb”.

C.Bayramov müsabiqənin gərgin şəraitdə keçdiyini deyib:

“Bu tədbirin pedoqoji ictimaiyyət üçün çox önəmlidir. Çünki bilik və biliyə əsaslanan təcrübə insanın qazana biləcəyi ən böyük sərvətdir və biliyə aparan yol ağır olur. Bu gün seçilən 108 nəfərin hansı rəqaabəti adlayaraq, çətin prosesdən keçərək bu naliyyəti əldə etdiyini gördük. İnanırıq ki, həyatda daha yüksək uğurlara imza atacaqsınız. Bu sizin gələcək fəaliyyətiniz üçün stimul rolunu oynayacaq. Bu uğurunuzla fəxr edə bilərsiniz. Sizi yetişdirən müəllimlərə valideynlərinizə təşəkkür edirəm”.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov isə qeyd edib ki, Balakən rayonun humanitar liseyindən 5 nəfər olimpiada qalibi olub. O, bunun böyük naliyyət olduğunu deyib.

Neftçala rayonu Xıllı kənd məktəbinin tarix müəllimi çıxış edərək, tarix fənni üzrə respublika qalibinin məhz bu ucqar kənd məktəbinin məzunu olduğunu deyib: “Bizim məktəb təmirə ehtiyacı olan, çox ciddi problemləri olan ucqar məktəb olsa da, yetərincə istedadlı şagirdlərimiz var. Ötən il də çox güclü şagird iştirak etsə də, qalib olmamışdı. Amma bu il müsabiqə obyektiv təşkil olunub və müsabiqənin ədalətli təşkil olunduğuna görə, hər kəsə təşəkkür edirik”.

Olimpiada işlərinin yoxlanılmasında iştirak edən münsiflər heyətinin üzvlərinin də mükafatlandırılması üçün nazir Mikayıl Cabbarovun əmr imzalayıb. Qaliblərə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr təqdim edilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR