Qırmızı.az
Avropadakı azərbaycanlılar Türkiyəyə başsağlığı verdi - FOTO
Avropa Azərbaycanlıları Konqresi Türkiyənin Soma şəhərində baş vermiş qəza və faciə nəticəsində yüzlərlə insanın həlak olması ilə bağlı Türkiyə Respublikasının Almaniyadakı səfiri Hüseyin Avni Karslıoğluya, qardaş ölkənin Berlindəki baş konsulu Əhməd Başar Şenə, Türkiyənin Kölndəki baş konsulu Hüseyin Əmrə Enginə, türk diasporu nümayəndələri və mətbuatına başsağlığı məktubu ünvanlayıb.
Mayın 16-da Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə
Türkiyənin Kölndəki baş konsulu Hüseyin Əmrə Enginin dəvəti ilə
görüş keçirilib.
Görüşdə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin
icraçı direktoru Samira Patzer-İsmailova, Köln şəhərindəki
Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayev
iştirak edib.
Samira Patzer-İsmailova konsulluqdakı xatirə güşəsinə tər çiçəklər
qoyub, həlak olanların xatirəsini həmkarları ilə birlikdə yad
edib.
Bu görüşdə Almaniyada yaşayan azərbaycanlılar adından başsağlığı
kitabına Azərbaycan diasporu adından hüzn sözləri qeyd edilib. Hüzn
yazısında qeyd edilib ki, Somada baş verən ağır faciə və qəza
nəticəsində yüzlərlə insanın həlak olması Türkiyənin qardaşı olan
Azərbaycan xalqını, Almaniyadakı Azərbaycan diasporunu da dərindən
kədərləndirib. İki qardaş xalqın sevinci və kədəri həmişə bir
olduğu kimi, bu gün də Avropada və Almaniyada yaşayan
azərbaycanlılar türk qardaşlarımızın yanındadır.
Baş konsul Hüseyin Əmrə Engin Azərbaycan diasporu nümayəndələrini
böyük həssaslıqla qəbul edib və bu diqqətə görə dərin təşəkkürünü
bildirib.
Samira Patzer –İsmailova və Ağa Ağayev Avropa Azərbaycanlıları
Konqresi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi,
Alman-Azərbaycan Mədəniyyət Evinin adından bir daha Türkiyə
dövlətinə və türk xalqına, həlak olmuşların ailələrinə, yaxınlarına
dərin hüznlə başsağlığı verilib.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı