
Cəlilabad rayonunda ailə faciəsi baş
verib.
Rrayonun Uzuntəpə kəndində həyətdə su quyusu qazan üç qardaşdan
ikisi yaralanıb, biri isə ölüb.
Cəlilabad rayonu, Uzuntəpə kəndində (rayon mərkəzindən 18 km aralı)
Əliqismət Əsədova məxsus evin həyətyanı sahəsində diametri təxminən
1 metr dərinliyi 14 metr olan su quyusu ev sahibinin üç oğlu
tərəfindən qazılarkən quyuya su dolması nəticəsində
yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi ev sahibinin
iki oğlu sakinlər tərəfindən quyudan çıxarılaraq Cəlilabad rayon
mərkəzi xəstəxanasına aparılıb.
Ev sahibinin digər oğlu 1986-cı il təvəllüdlü Əsədov Bayram
Əliqismət oğlunun suda boğulmuş meyitini isə
yanğınsöndürən-xilasedicilər quyudan çıxararaq aidiyyatı üzrə
təhvil verilib.