Laçının işğalı Misir mətbuatında
Bizi izləyin

Qırmızı.az

Laçının işğalı Misir mətbuatında

Azərbaycan Respublikasının Misirdəki səfirliyi Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 22-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanat Misirin müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Azərbaycan Respublikasının Misirdəki səfirliyi Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 22-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bəyanat Misirin müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Bəyanatda 1992-ci ilin mayın 18-də Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu və faciədən 22 ilin ötdüyü, ermənilər tərəfindən yüzlərlə mədəni-məişət obyektinin, onlarla qəsəbə, kənd və tarixi abidənin dağıdılaraq talan edildiyi barədə məlumat verilib, işğal nəticəsində 64 minə yaxın azərbaycanlının öz doğma yurdundan didərgin düşdüyü bildirilib. Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxsin həlak olduğu və itkin düşdüyü, işğal altında 8 950 binanın, o cümlədən 7 sənaye və tikinti müəssisəsinin, 471 xidmət idarəsinin, 154 məktəbin, yüzlərlə tarix-mədəniyyət abidəsinin qaldığı barədə məlumatlar bəyanatda öz əksini tapıb.

Bəyanatda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yarandığı və Azərbaycan torpaqlarının 20 faizinin - Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı olunduğu diqqətə çatdırılıb. Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və erməni hərbi birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin indiyədək Ermənistan tərəfindən yerinə yetirilmədiyi bəyanatda xüsusilə vurğulanıb./AzərTac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm