
Bu gün saat 22:00-dan etibarən Əhməd Rəcəbli küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Publika.az-ın Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən
verdiyi məlumata görə, yol cizgiləri xətlərinin, piyada
keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi
məqsədilə bu gün saat 22:00-dan etibarən, Əhməd Rəcəbli küçəsində
(Təbriz küçəsi ilə kəsişmədən Cəfər Xəndan küçəsi ilə kəsişməyə
qədər) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə
məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Aşıq Molla Cüma küçəsindən və Atatürk
prospektindən istifadə etmələri tövsiyə olunur.
Təmir işləri “Azəryolservis” ASC tərəfindən aparılır.