Ana məhbus oğluna saçında narkotik keçirmək istədi
Bizi izləyin

Qırmızı.az

Ana məhbus oğluna saçında narkotik keçirmək istədi

Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən publika.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Fariz Varis oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş anası Xanbikə Şıxzadə qızı Ağayevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Bu zaman saçına bağladığı sancağın içərisində xüsusi üsulla gizlədilmiş şəffaf sellofana bükülmüş, xalis çəkisi 7,694 qram olan narkotik vasitə “Heroin” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm