Kürdəmirdə bir ailənin iki uşağı yol qəzasında öldü
Bizi izləyin

Qırmızı.az

Kürdəmirdə bir ailənin iki uşağı yol qəzasında öldü

Kürdəmir rayonunda ağır avtomobil qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saatlarında Kürdəmir-İmişli yolunda qeydə alınıb.

Zərdab rayon sakini, 1986-cı il təvəllüdlü Zalov Akif İmran oğlunun idarə etdiyi “Opel” markalı minik maşını sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq körpünün üstündən su kanalına düşüb.

Qəza nəticəsində sürücü Akif Zalov və həyat yoldaşı, 25 yaşlı Zalova Səbinə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 2 azyaşlı uşağı Nərgiz Zalova Rüfət Zalov dünyası dəyişib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm