Oqtay Şirəliyev teleoperatorla bağlı TAPŞIRIQ verdi
Bizi izləyin

Qırmızı.az

Oqtay Şirəliyev teleoperatorla bağlı TAPŞIRIQ verdi

Səhiyyə naziri Oqtay Şirəliyev “Hepatit-B” virusundan əziyyət çəkən teleoperatorla bağlı tapşırıq verib.


Bunu AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib. O vurğulayıb ki, “Hepatit-B” virusundan əziyyət çəkən "İnterAz" telekanalının operatoru Nizami Xəlil oğlu Eyvazov hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur və nazirlik xəstənin səhhəti ilə yaxından maraqlanır.


A.Qədirli əlavə edib ki, nazirin göstərişinə əsasən Nizami Eyvazovun bütün əməliyyat xərcləri dövlət hesabına aparılacaq: “Hazırda həkimlər xəstənin cərrahi əməliyyata alınması ilə bağlı konsilium aparır. Bu dəqiqələrdə Nizami Eyvazov Kliniki Tibbi Mərkəzdən Neftçilər Xəstəxanasına köçürülür. Ola bilər ki, yaxın vaxtlarda Nizami Eyvazov əməliyyata alınsın”.


Qeyd edək ki, həkimlər Nizami Eyvazovun “Hepatit-B”yə bağlı qaraciyər serrozunun dekompensasiya mərhələsində olduğunu deyirlər. Əməliyyatın ümumi xərci 45 min manatdır. “Hepatit B” virusuna yoluxan xəstələrin kəskin əlamətlərə rəğmən uğurlu əməliyyat nəticəsində tam sağala bilirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm